Qürurum olmasa, bir söz deyərəm,
Geri dön, sevgimiz əllərdə qalıb.
Məni nazımdı yıxan, səni də qürur,
Bizi öz səhvimiz bu hala salıb.

Səndən hər dəfə cavab gözləmişəm,
Eşqimin silməmisən yaşlı gözünü.
Hər şeyin məndə görürsən günahın,
Niyə bir kəlmə deyə bilmirdin özün?

Çox gec, çox gec, çox gec,
Başa düşdük.

Axşamlar havalar qaralan kimi,
Dərdlər çoxalan kimi,
Birdən darıxırsan.

Axşamlar dərd evini yıxan kimi,
Tək şəhərə çıxan kimi,
Bir də darıxırsan.

Axşamlar mən yadına düşən kimi,
Halın dəyişən kimi,
Birdən darıxırsan.

Axşamlar hamıdan yorulan kimi,
Ürəyin tutulan kimi,
Birdən darıxırsan.

Desəm, səni gözləmirəm, inanma,
Hisslərimi gizləmirəm, inanma,
Hər gecə sənsizləmirəm, inanma.

Mən də desəm, sevməmişəm, inanma,
Səndən ötrü ölməmişəm, inanma,
Hər yuxumda görməmişəm, inanma.

Sample comments about this video

"Şanslı şərh! Bu şərhi oxuyan insan bütün Arzularına çatasan AMİNNNN ALLAHIM İNŞALLAH ❤️🤲🏻"

"Bu yorumu oxuyan kəs səni həyatda daima Xoşbəxt olasan AMİN İNŞALLAH 🤲🏻😊"

"2 duet oxudular 2 de superdi ardi gelsin 3 cu duetide gozleyirik ❤❤ Ugurlu olsun yeni ifaniz"

"Bu adamın bütün mahnıları necə gözəl ola bilər axı😍 Afşin bəy❤"

"Gece olunca değil, Her şey susunca gelirsin aklıma. Meğer insan en çok Kavuşamadığı yerde özlermiş..."

"Vəfa Şərifova Yine çok güzel bir çalışma olmuş Trabzon'dan kardeş Azerbaycan halkına selam ❤💙❤💙"

"Son zamanlar Vəfanın səsi gözəl olub ya mənə elə gəlir 🤩😅"

"Vau, necə də əla mahnıdır! İki mahnı oxuduz və hər ikisi möhtəşəm idi. Vəfa xanım sizə uğurlar diləyirəm və Həmçinin, həmyerlim Afşinə də uğurlar arzulayıram.❤"

"3ومین هم بیاد منتظریم با خانوم وفا و افشین عزیز عالی🎉🎉🎉🎉🎉❤"

"sevimlimmm vefa serifovaamm cox gozel mahnidir hezinnn her dinleyende menide cagirinnn ❤😊"