Yaraların axar qanı,
Edər gülnar meydanı,
Bacın qurban, başın hanı?
Hüseynim vay, Hüseynim vay.

Sinən üstə yarən çoxdur,
Tamamı nizə və oxdur,
Öpəm busə yeri yoxdur,
Hüseynim vay, Hüseynim vay.

Susuz əldə ölən qardaş,
Yaralı can verən qardaş,
Hanı o pirəhən qardaş?
Hüseynim vay, Hüseynim vay.

Sən öldün, düşmənin qaldı,
Səni öldürdü, kam aldı,
Üzün üstə nədən saldı?
Hüseynim vay, Hüseynim vay.

Gərək qan ağlasın Zeynəb,
Cahanı dağlasın Zeynəb,
Sənə yas saxlasın Zeynəb,
Hüseynim vay, Hüseynim vay.

Başın yox iştiyaqundan,
Öpüm qardaş, dodağından,
Öpüm qoy mən ayağından,
Hüseynim vay, Hüseynim vay.

Yetirrəm naləmi ərşə,
Sinən görürəm dönüb fərşə,
Ayaq rəddi salıb nəqşə,
Hüseynim vay, Hüseynim vay.

Bulud tək dolmayım, neylim?
Pərişan olmayım, neylim?
Baş açıb yolmayım, neylim?
Hüseynim vay, Hüseynim vay.

Nə biinsaf imiş üdvan,
Libasın eyləyib talan,
Qoyubdur nəşini üryan,
Hüseynim vay, Hüseynim vay.

Edim qoy qan ilə rəngin,
Bu zülfüm, ta tapam təskin,
Tapam təskin deyil mümkün,
Hüseynim vay, Hüseynim vay.

Gülüstanda açıb güllər,
Gəlib avazə bülbüllər,
Edər növhə yanan dillər,
Hüseynim vay, Hüseynim vay.

Qəmin dünyanı ağlatdı,
Nə bu nalani ağlatdı,
Anan Zəhranı ağlatdı,
Hüseynim vay, Hüseynim vay.

Bacın ölsün, bu nə haldı,
Arada peykərin qaldı,
Məni çöldən çölə saldı,
Hüseynim vay, Hüseynim vay.

Yox imiş rəhm Bəcdəldə,
Qalıbdır barmağın əldə,
Biləklər qanlı məqtəldə,
Hüseynim vay, Hüseynim vay.

Qalıbdır peykərin yerdə,
Çəkib qan yarəvə pərdə,
Libasın qalmış əllərdə,
Hüseynim vay, Hüseynim vay.

Bala qızlar əsir olmuş,
Hərəmlər dəstgir olmuş,
Bacın bir gündə pir olmuş,
Hüseynim vay, Hüseynim vay.

Haçan dərdin çıxar yaddan?
Səni öldürdülər ətşan,
Anan Zəhra sənə qurban,
Hüseynim vay, Hüseynim vay.

Yazıb Səd oğlu bərnamə,
Düşüb əhli-hərəm damə,
Qatarım bağlanıb Şamə,
Hüseynim vay, Hüseynim vay.

Sample comments about this video

"Bu görüntülər Özbəkistanın Buxara şəhərində yerləşən Hacı Mirəli məscidində çəkilib. Qərib şiələrin iştirakı ilə bu kadrları lentə aldıq. Allah-Təala İmam Hüseynin (ə) dostlarının və davamçılarının sayını gündən-günə artırsın."

"Mənim sinəmdə ciddi problem var idi . Allaha and olsun səbətə bilmirdim . Niyyət elədim getdin Ağam Hüseyn üçün sinə vurdum And olsun Allaha sinəm onlara düzəldi heçbir ağrım qalmadı . Halbuki dəbrərə bilmirdim"

"Allah Huseynin qatillərine lenet elesin. Canim qurban sene Ya Huseyn 😢"

"Can İmam Hüseyn ağam canım sənə fəda olsun ya Hüseyn Ləbbeyk ya Hüseyn(ə) 😢Səsinizə Allah qüvvət versin"

"Bu İşi Ərsəyə Gətirməkdə Hər Kimin Əziyyəti Varsa Savabını İmam Hüseyn(ə) Versin İnşAllah❤"

"YA HÜSEYN YA ZƏHRA YA ZEYNƏB CANIM SİZƏ FƏDA OLSUN 😢😢😢"

"Nece nece huseyinlerimiz şehit oludu qolu qopmuş başi qopmuş qilcalari dogranmiş şehidilermiz vay huseyinlermiz mubarizdermiz vay😢😢😢😢"

"QOLSUZ ABBASINA, KÖRPƏ ƏLİ ƏSĞƏRİNƏ, ƏLİ ƏKBƏRİNƏ, BAŞSIZ BƏDƏNİNƏ QURBAN AĞAM YA HÜSEYN... ALLAH SƏSİNƏ, O GÖZƏL ÜRƏYİNƏ SAĞLIQ VERSİN QARDAŞ🤲"

"Səsinə qüvvət Seyyid, sizin səsiniz sayənizdə Əhli-beytə məhəbbətimiz dahada artdı, Allah ehli beyt düşmənlərinə lənət etsin 🥹💔"

"Əsil mərsiyə məqamı budur. Buna Bayati hüseyni məqamı deyirlər iraqda. Boradigahi dünya çapında mərsiyəxanlığa layiqdir. Əhsən hacı. Mükəmməldir."