[Bənd 1]
Ölərəm yaşamaram, sevgimiz bitsə,
O mənim canımdır, neylərəm getsə?
Xətrimə dəysə, məni incitsə,
Barışınca yuxu getməz gözünə, yatmaz.

[Nəqarət]
Nə mən onu ataram, nə o məni atmaz,
Bizə ayrılığın gücü çatmaz.
Nə vara-dövlətə, nə şana-şöhrətə,
O bizim sevdamızı satmaz,
Bizə ayrılığın gücü çatmaz.

[Bənd 2]
Allaha təşəkkür edirəm gündə,
Nə gözəllik var, cəm edib səndə.
Mənə xoşbəxtliyi verdi sayəndə,
Bələ xoşbəxtliyə dünyanı da ver çatmaz.

[Nəqarət]
Nə mən onu ataram, nə o məni atmaz,
Bizə ayrılığın gücü çatmaz.
Nə vara-dövlətə, nə şana-şöhrətə,
O bizim sevdamızı satmaz,
Bizə ayrılığın gücü çatmaz.