Gözlərinin qadasın alım, getmə ginən,
Məni, nolur, təkliyə öyrətmə ginən.
Mən hər zaman əhdə vəfalı olmuşam,
Mənə, nolur, vəfasızlıq etmə ginən.

Mənim arzularım çox da bahalı deyil,
Sənin ürəyin mənim ki tək yaralı deyil.
Sən nə qədər uzaqda olsan da yenə,
Bil ki, xəyallarım səndən aralı deyil.

Bəsdi, daha and verirəm Allaha, gəl,
Sən gedəndən düşmüşəm bu qəmə, aha, gəl.
Sevindirməyək bizi sevməyənləri,
Axı bizə ayrılıq yaraşmır, daha gəl.

Məni bu həyata məcbur edib şair olum,
Sevənlərin gözlərində təsvir olum.
Mənim də sevdiyim sənsən, ey gözəlim,
Bir dənə arzum budur: səninlə bir olum.