Sığalla saqqalını, heç düşünmə dalını
Mənə bu dünya malını, aparan adam göstər
Tapanda imkanını, əcəl kəsir yanını
Bu dünyadan canını, qutaran adam göstər

Deyib ariflər nə qədər qonaqdır dünyada bəşər
Gələn əliboş ketsə,əgər bu dünyanın başını burax
Güya məkandır kiyevdi ki, nə yatdı ki nə gördü ki
Süleymana nə verdi ki, bu dünyanın başını burax

Yox elə bir bəndə, məsələ səndə məndə
Biri günah eləyəndə, qızaran adam göstər
O sənə verən yüklə, dayan sonunu bəklə
Oyunbaz fələklə, bacaran adam göstər

Səndən də əvvəl qocalan, bəlkə olub yadına salan
İnsana rəhmətdi qalan, bu dünyanın başını burax
Kim ki o dünyanı görür, orda özünə daxma hörür
Səni bu dünya yuxuya verir, bu dünyanın başını burax

Fələk çoxunu yıxdı, kimisə xoşbəxt çıxdı
Saçlar yox vaxtı, ağaran adam göstər
Nədi əcəlin marağı, ala günahsız uşağı
Kitabdan o varağı, qoparan adam göstə

Sığalla saqqalını, heç düşünmə dalını
Mənə bu dünya malını, aparan adam göstər
Tapanda imkanını, əcəl kəsir yanını
Bu dünyadan canını, qutaran adam göstər