Çəkir qəlbim ağır dərdi,
Üzüm gülməzmiş.
Darıxsam da, yorulsam da,
Qədər böyləymiş.
Canım qurbandı yatan canına,
Gələcəyəm bir gün sənin yanına.
Oyan, dön gəl, bax mənim halıma,
Kədər, həsrət, qəm çıxıb yoluma.
Sən kədərin özü, mən qəmi daşıyan.
De, necə dözəcək? De, bunu yaşayan.
Son nəfəsə qədər mənim ürəyim sənin olacaq,
Mən bunu bilirəm, belə yaşamaq çətin olacaq.
Əcəl vaxtsız səni məndən
Aldı, apardı.
Mənim canım yandı,
Sənin canın qurtardı.
Canım qurbandı yatan canına,
Gələcəyəm bir gün sənin yanına.
Oyan, dön gəl, bax mənim halıma,
Kədər, həsrət, qəm çıxıb yoluma.
Sən kədərin özü, mən qəmi daşıyan.
De, necə dözəcək? De, bunu yaşayan.
Mən necə gətirim məzarına, de, iki qızımı?
Tək budu diləyim: yanına gəlim, yıxım özümü.
Sample comments about this video
"Salam Aleykum Dəyərli İzləyicilərimə 🙏🏻❤️ Yeni İfamı Bəyənib Kanala Abunə Olmağı Untmayaq"
"Салам алейкум. Парень ты чего творишь с нами . Слов нет нет слов просто СУПЕР . И слова и музыка просто ❤👍"
"Sesin Daim Zirvelerde Olsun Qardaş Maşaallah Olsun Avazın Daim Bele Seslensın ugurların bol olsun"
"Cox tasirli bir sas va ifa 😔Allah butun sahidlara rahmat elasin🤲🏻Allah hec bir valideyina ovlad acisi yasatmasin🤲🏻Allah bacimada sabr versin 🤲🏻alindan aldin ,urayindanda al 🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻"
"Bu mahnını Şəhid yoldaşının statusunda gördüm hər eşidəndə Şəhidlərimiz yadıma düşür Allah rəhmət eləsin Şəhidlərimizə😢"
"Vaxtsız köçen yaxınlarımıza üzülsekde Allah peyğemberimizin elinden su içenlerden etsin🙏🙏 🥀🥀"
"Çooox gözəl ifa gözəl səs ❤❤❤❤❤ doymuram təkrar təkrar qulaq asıram yaramı qanadır😢😢😢😢😢 allah heç bir övlada cavan vaxtsız valideyin itkisi yaşatmasın mənim ata çox tez getdi ürəyim göynəyir onun üçün 😢😢😢😢😢😢"
"Yoldaşım ölüb iki ay yoxdu, ölürəm, boğuluram😢😢😢 canim qurbandi yatan canina😭😭😭😭💔💔💔"
"Ай Аллах олдум агламагдан.Соз ве ифа СУПЕРРР.Уча Аллах сизи горусун .👍🙏😔😔"
"Səsinizə qüvvət. ALLAH dünyadan köçənlər rəhmət etsin. Sizə can sağlığı versin"







Yorumlar
Yorum yazabilmek için giriş yapmalısınız.
Bilgi: Butona tıkladığınızda xloji güvenli giriş sayfasına yonlendirileceksiniz. Giriş yaptığınızda otomatik olarak bu sayfaya geri döneceksiniz. İlk giriste hoş geldin enerjisi tanımlanır.
Yorumlar yükleniyor...