[Bənd 1]
Soruşsalar, kiməm mən, haralıyam?
Bu eldənəm, bu dağların oğluyam.
Ellər mənim, dağlar mənim oylağım,
Həm aranlı, həm də qarabağlıyam.

[Keçid]
Vurğunuyam təbiətin, çöllərin,
Vurğunuyam meşələrin, göllərin.
Seyrinə gəl bizim gözəl ellərin,
Öz eşqimlə vətənimə bağlıyam.

[Nəqarət]
Həm aranlı, həm də qarabağlıyam,
Öz eşqimlə vətənimə bağlıyam.
Dağlar oğlu, həm də qarabağlıyam,
Öz eşqimlə vətənimə bağlıyam.

[Bənd 2]
Axtar məni dağların zirvəsində,
Axtar məni çinarın kölgəsində,
Axtar məni saf suların səsində,
Öz eşqimlə vətənimə bağlıyam.

[Keçid]
Vurğunuyam təbiətin, çöllərin,
Vurğunuyam meşələrin, göllərin.
Seyrinə gəl bizim gözəl ellərin,
Öz eşqimlə vətənimə bağlıyam.

[Nəqarət]
Həm aranlı, həm də qarabağlıyam,
Öz eşqimlə vətənimə bağlıyam.
Dağlar oğlu, həm də qarabağlıyam,
Öz eşqimlə vətənimə bağlıyam.

[Bənd 3]
Soruş məni dağda əsən yellərdən,
Coşub daşan dəli-dəli sellərdən,
Soruş məni çiçəklərdən, güllərdən,
Öz eşqimlə vətənimə bağlıyam.

[Keçid]
Vurğunuyam təbiətin, çöllərin,
Vurğunuyam meşələrin, göllərin.
Seyrinə gəl bizim gözəl ellərin,
Öz eşqimlə vətənimə bağlıyam.

[Nəqarət]
Həm aranlı, həm də qarabağlıyam,
Öz eşqimlə vətənimə bağlıyam.
Dağlar oğlu, həm də qarabağlıyam,
Öz eşqimlə vətənimə bağlıyam.

Sample comments about this video

"Müəllif özüdə Vəfanın igasın bəyənib təbrik etdi öz sosial platformasında Həqiqətən qəşəng oxuyub"

"VEFA XANININ YOUTUBERI OXUYURSA NINNE YARIM,EVLERUNIN ONU YONCA KOHNE MAHNINI VASIF BEYLE VEFA XANIM ELE KLIPSIZ OXUYUB YOUTUBE GOYSAIAR 100 YOX,1OOO% BILIREM PARTLAYIS OLAR CUNKI VEFANIN BEM SESI,VASIF BEYIN DE HEC KIMDE OLMAYAN BOGAZ SESI,YENI ETRAFIMDA SESDEN ANLAYISI OLANLAR DA TESDIGLEYIRLER UGURLAR❤❤❤"

"Mahnını kim oxuyur oxusun ən gözəli Vefa xanımda olur bir şirinlik var sesinde özündə ❤"

"Qürbət toylarının mahnısı Vəfamdan❤ Ceyhun Qurbansoy çox sağol mahnını Vəfaya verdiyin üçün"

"Maşallah sesiniz ucalardan gelsin Vefa xanım çox gözəl səs gözəl geyim var olasız hemişe❤❤"

"Bu yorumu oxuyan kəs səni həyatda daima xoşbəxt olasan AMİN İNŞALLAH 😊"

"Xeyirli uğurlu olsun Vəfoşum çox gözəl maxnıdı çox gözəl ifa etmisən uğurlar gözəlim 🍯 səsim ❤❤❤🎉🎉🎉😊😊😊🫠🫠🫠✨✨✨😍😍😍😘😘😘😘♾️♾️♾️🥹🥹🥹"

"Yaa bu ne güzellik ne ses bayıldım çok güzel çok seviyorum vefayı ❤😊"

"Sevirəm bu Vəfa xanımın kliplərinə çox gözəl baxmalı maraqlı kliplər ççəkir. Sanki ordasan elə hiss elətdirir adama"

"Nə gözəl yerdi biz neçə il əvbəl getmişdik Qəbələ Xanlara vurulmuşdum indi lap gözəl olub."