[Bənd 1]
Bir gülünəm qollarında mənim nazlı
Sən olmasan çiçəklərim tez solardı
Suyum, havam gözlərinlə baxışlardır
Şirin-şirin sözlərinlə qəlbi aldın

[Nəqərat]
Göyçək xanım, mənim canım, söylə, mənə söylə
Qara məstan baxışına qurban, söylə, mənə söylə
Məni güldürdün, elə sevdirdin
Tez gəl, sənsiz olmaz, ömrüm
Yanıma gəl, söylə
Söylə

[Bənd 2]
Bir gecədə birdən-birə çıxıb gəlsən
Mənə güllər dəstə-dəstə dərib versən
Qısqananlar bizə baxır, sən bilirsən
Alışsınlar qoy, danışıb sevgimizdən

Bir gecədə birdən-birə çıxıb gəlsən
Mənə güllər dəstə-dəstə dərib versən
Qısqananlar bizə baxır, sən bilirsən
Alışsınlar qoy, danışıb sevgimizdən

[Nəqərat]
Göyçək xanım, mənim canım, söylə, mənə söylə
Qara məstan baxışına qurban, söylə, mənə söylə
Məni güldürdün, elə sevdirdin
Tez gəl, sənsiz olmaz, ömrüm
Yanıma gəl, söylə
Söylə

[Keçid]
Ay mənim canım, yenə can deyək
Bir-birimizdən əl çəkməyək
Yenə bir yerdə əl-ələ gəzək
Sənsən mənim ömrümə bəzək

[Nəqərat]
Göyçək xanım, mənim canım, söylə, mənə söylə
Qara məstan baxışına qurban, söylə, mənə söylə
Məni güldürdün, elə sevdirdin
Tez gəl, sənsiz olmaz, ömrüm
Yanıma gəl, söylə
Söylə

Sample comments about this video

"Xeyirli uğurlu olsun xanımlar. Bir vaxtlar trenti alt üst edənlərdən olmusuz 👍💣"

"Xeyirli olsun əkizlər ❤ bütün mahnilarinizi əzbərdən bilənlərdənik buda olar inşallah🤲"

"Sizə heyranam. Gözəllərim. Mahnıyada söz ola bilməz. Sözləri və musiqisi də gözəl"

"Большой привет вам, Анару и маме от Юры соседа. Девчонки, вы супер. Все смотрим вас и радуемся!"

"2014 dən sizi sevərək dinləyən bir dinləyici olaraq, sizə daima uğurlar arzu edirəm. Sizin səs tembrinizi o qədər çox bəyənirəm ki. Ancaq siz bu səsi ziyan edirsiz. Məncə copyrigt mahnılardan çox yeniliklərə və başqa bəstəkarıara müraciət edin. Fərqli tərzdə musiqilər təqdim edin. Akustik oxuyun, Miro ilə düet şəxsən çox əla olar. Və ya tamam başqa tərz"