[Bənd 1]
Elə bir gözəlliyin var ki
Mənə özəldir, mənə yaxın
Mən sənə elə vurğunam ki
Yerə də, göyə də qısqanım
Ayağımı yerdən alıb
Dəlisov adam ağıllanıb
Bu, necə hünər, necə bir gücdür ki
Məni tilova necə salıb?
[Keçid]
Zərif gözəlliyindən, qəmzəli təbəssümündən
Mən qədər kobud birindən edibdir dəli-divanə
İşlərim olub viranə, dostlarım lağ eləyirlər
Sənə Leyli, mənə Məcnun, bizə bir ad düşünüblər
[Nəqərat]
Ömrüm
Səninlə sevgimi böldüm
Sevə-sevə aşiqə döndüm
Ürəyim sənlə döyündü, ay
Hisslərimə büründün, ömrüm
Səninlə sevgimi böldüm
Sevə-sevə aşiqə döndüm
Ürəyim sənlə döyündü, ay
Hisslərimə büründün, ömrüm
[Bənd 2]
O baxışlarında tapdım
Əbədilik, həmişəlik
Göz-gözə gəldiyimiz gün də
Dedim, yenə də görüşərik
Ağlımı başdan aldın
Başqası nəyimə lazım?!
Başqa başla, başla başdan
Gəl, mən buna hazır
[Keçid]
Zərif gözəlliyindən, qəmzəli təbəssümündən
Mən qədər kobud birindən edibdir dəli-divanə
İşlərim olub viranə, dostlarım lağ eləyirlər
Sənə Leyli, mənə Məcnun, bir az ağ eləyiblər
[Nəqərat]
Ömrüm
Səninlə sevgimi böldüm
Sevə-sevə aşiqə döndüm
Ürəyim sənlə döyündü, ay
Ömrüm, ömrüm
Sample comments about this video
"Resul beyin mahnilarini cox beyenirem hamisini. Sadece heyif klip sifir. Bu qizlar nedi hec dexlisiz."
"Расул Красавчик !Самый экстравагантный, Талантлив очень. К каждой новой песне особый подход,словно"
"Can ey, eziz qardaş, yenə gəldi bombastik. Xeyirli, uğurlu olsun ❤. Xalis Xan dəsti xətti də öz yerində👍"
"Omrum Ay Omrum bunu ancaq Resul deye bilerdi❤❤❤❤!Mohtesem mahnidi ugurlariniz daim olsun."
"dostlarım lağ eləyirlər Sənə Leyli, mənə Məcnun, bir az da ağ eləyiblər😂😂😂😂👍👍👍"
"Nəhayət gəldi 👏🤝 Həmişə olduğu kimi qəşəng Xeyrli olsun Resul qardash 🎉"
"Qaqaşın gül kimi səsi var amma normal mahnı sözləri yazıb verə bilən yoxdu"
"OMRUM DEDIYIM BIRI VAR IDI INDI NE OMUR VAR NEDE O ÖMRÜM. YANI COXDA BEL BAGLAMIYIN HEYATDA😅"







Yorumlar
Yorum yazabilmek için giriş yapmalısınız.
Bilgi: Butona tıkladığınızda xloji güvenli giriş sayfasına yonlendirileceksiniz. Giriş yaptığınızda otomatik olarak bu sayfaya geri döneceksiniz. İlk giriste hoş geldin enerjisi tanımlanır.
Yorumlar yükleniyor...