[Bənd 1]
Sonradan fikirlərim dəyişdi,
Bu sevgi get-gedə adiləşdi.
Sən heç nəyin dəyərini bilmədin,
Demə yolumuz niyə ayrı düşdü.
[Nəqarət]
Bizi tükəndirib bitirən kim oldu?
Ayrılıq həddinə gətirən kim oldu?
Vaxt gələr məni əl-əl axtararsan,
Onda görərsən itirən kim oldu.
[Bənd 2]
Soruşsalar nədir ayıran sizi,
Sayəndə söylədilər çox sözü.
Bizi heç kim ayıra bilməz dedin,
Özün oldun amma ayıran bizi.
[Nəqarət]
Bizi tükəndirib bitirən kim oldu?
Ayrılıq həddinə gətirən kim oldu?
Vaxt gələr məni əl-əl axtararsan,
Onda görərsən itirən kim oldu.
[Bənd 3]
Məhəbbətin ürəyimə yatırdı,
Yalanların aranı qatırdı.
Nə deyirdinsə razılaşırdım,
Buna tək sənin haqqın çatırdı.
[Nəqarət]
Bizi tükəndirib bitirən kim oldu?
Ayrılıq həddinə gətirən kim oldu?
Vaxt gələr məni əl-əl axtararsan,
Onda görərsən itirən kim oldu
Sample comments about this video
"Bu yorumu oxuyan kəs səni həyatda daima Xoşbəxt olasan AMİN İNŞALLAH 😊"
"Dinləyən kimi uzeyirin janiri hiss olundu.sen deme. Söz musiqi Üzeyirə aid imiş . Klip mohtesem"
"Raksana xanim coooox superdiii nece gozell sozlerr ureyimizi oxumusuzzz😻😻😻🥹ugurlariniz bol olsun🫶🏻🫶🏻🫶🏻🫶🏻🫶🏻🫀🫀🫀🫀🧿🧿🧿🧿🧿"







Yorumlar
Yorum yazabilmek için giriş yapmalısınız.
Bilgi: Butona tıkladığınızda xloji güvenli giriş sayfasına yonlendirileceksiniz. Giriş yaptığınızda otomatik olarak bu sayfaya geri döneceksiniz. İlk giriste hoş geldin enerjisi tanımlanır.
Yorumlar yükleniyor...