[Giriş]
Deyirlər ki
Qızla oğlanın dostluğu olmur

[Bənd 1]
Qalıbdır köhnə fikirlər rəfdə
Dedi-qodu eşidirəm hər tərəfdə
İki qəlb, iki dost, hərə bir tərəfdə
Neyləyim?

Ey, günahım çoxdur, dolubdur dəftər
Həyat, təcrübə olubdur səhvlər
İki qəlb, iki çay, hərə bir tərəfdə
Neyləyim?

[Keçid]
Ol sol yanımda
Sənə açım yol qollarımda
Ol sol yanımda
Sənə açım yol qollarımda
Qucaqla məni

[Nəqərat]
Dost o kəsdir ki
Həyatda dostuna tən gərək
Bunu sən yaşayıb görə-görə gələsən
Dərk edəsən, gərək

Dost o kəsdir ki
Əl uzadar düşəndə əngələ
Sənə görə dünyanın axırına gedərəm
Təki mənə zəng elə

(Alo, alo)

[Bənd 2]
Dostluq əməldir söz olmayanda
Hər şey pozular düz olmayanda
İzimiz qalacaq biz olmayanda
Dünyada

Bağda manqalda kabab bişəndə
Yadıma düşürsən hər cümə, şənbə
Düşünmə, düşünürəm işim düşəndə
Sən yada

[Keçid]
Ol sol yanımda
Sənə açım yol qollarımda
Ol sol yanımda
Sənə açım yol qollarımda
Qucaqla məni

[Nəqərat]
Dost o kəsdir ki
Həyatda dostuna tən gərək
Bunu sən yaşayıb görə-görə gələsən
Dərk edəsən, gərək

Dost o kəsdir ki
Əl uzadar düşəndə əngələ
Sənə görə dünyanın axırına gedərəm
Təki mənə zəng elə

(Alo, alo)

Sample comments about this video

"Düşünürəm ki, həyatımızda yaşadığımız bütün mövzuları bizə gözəl səsiylə təqim edən bizim Röyamız ola bilər ancaq"

"Payiz ab havali ifa..Röya yenə de sözunu deyir. Xatirlatmaq ucun beyenin."

"QİZİMA DUA EDİN AİLE QURSUN TOYUNDA BÜTÜN DOSTLARİ BU MAHNININ SEDALI ALTINDA REQS ETSİN AMİN"

"Bu yorumu oxuyan kəs səni həyatda daima Xoşbəxt olasan AMİN İNŞALLAH 😊"

"Dost sözünün mənasını mahnıyla gözəl ifa edən Röya Xanım və Kazımcan😍"

"Dost o kəsdir ki, əl uzadar düşəndə əngələ ♥️ Ulduzummm R.A 💫🖤"

"super həm musiqi həm sözlər. Yoxsa ki, gəl gəlirəm gəlmirsən axı😅😅"

"Dostluq əməldir söz olmayanda Hər şey pozular düz olmayanda İzimiz qalacaq biz olmayanda Dünyada"

"Reggae tərzində möhtəşəm, xit potensiallı bir mahnı. Röya bu dəfə də partlatdı! ❤️‍🔥"

"1 aydı bu mahnını gözdüyürəmee. 10 million baxış var indidən deyim. 10 millionda çağırarsız 😉"