Bax alışan dəmlərə
Cuşə gələn qəmlərə
Şahımız bir tükün
Vermərik aləmlərə

Eşqilən Hüseyn-biz atarıq qədəmləri
Qoymarıq yata-Kərbubəla ələmləmləri

Yerlər Hüseynə qurban
Göylər Hüseynə qurban
Zikr eyliyən o adı
Dillər Hüseynə qurban
Qəmdə yadım Hüseyndi
Dildə adım Hüseyndi
Çatmağa ovci eşqə
Qol qanadım Hüseyndi

Eşqilən Hüseyn-biz atarıq qədəmləri
Qoymarıq yata-Kərbubəla ələmləmləri

Fəxri cəhan Hüseyndi
Şövqi cinan Hüseyndi
Şiələrin qəlbini
Şurə salan Hüseyndi
Dəşti Mina qətili
Kərbubəla xəlili
Ağladan öz qəmində
Dideyi Cəbrəili

Eşqilən Hüseyn-biz atarıq qədəmləri
Qoymarıq yata-Kərbubəla ələmləmləri

Hüseyn yaralarıv qurban olum
Əsir balalarıva qurban olum
Hüseyn yaralarıv qurban olum
Susuz dodağlarıva qurban olum

Eşqilən Hüseyn-biz atarıq qədəmləri
Qoymarıq yata-Kərbubəla ələmləmləri