[Bənd 1]
Bitdi bu məhəbbət göz yaşlarımda
Biz niyə ayrıldıq sonunda belə?
Süz məni o soyuq baxışlarınla
Məni unutmağa, məni unutmağa tələsmə hələ
Süz məni o soyuq baxışlarınla
Məni unutmağa, məni unutmağa tələsmə hələ

[Nəqərat]
Əyilməz qəddimə bax, dağ bil məni
Şirin meyvələrdən bağ bil məni
Desələr, ölmüşəm, sağ bil məni
Məni unutmağa, məni unutmağa tələsmə hələ
Məni unutmağa, məni unutmağa tələsmə hələ

[Bənd 2]
Qönçəsən, hüsnünə ləçək kimiyəm
Ömrünü bəzəyən çiçək kimiyəm
Köksündə döyünən ürək kimiyəm
Məni unutmağa, məni unutmağa tələsmə hələ
Köksündə döyünən ürək kimiyəm
Məni unutmağa, məni unutmağa tələsmə hələ

[Nəqərat]
Əyilməz qəddimə bax, dağ bil məni
Şirin meyvələrdən bağ bil məni
Desələr, ölmüşəm, sağ bil məni
Məni unutmağa, məni unutmağa tələsmə hələ
Məni unutmağa, məni unutmağa tələsmə hələ

Məni unutmağa, məni unutmağa tələsmə hələ
Məni unutmağa, məni unutmağa tələsmə hələ

Sample comments about this video

"Unutmağa tələsməyin ♥️ Bu mahnı bizə, sizə doğmadır. Mənim də ifamda seviləcəyinə inanıram♥️ Əfsanəvi sənətkar, Xalq artisti Zeynəb Xanlarovaya bu mahnını bizə sevdirdiyi üçün təşəkkürlər🤍"

"TV üstündəki balıq qab, pirennik, Zeynəb Xanlarova, saat, fincanlar, ev, Buzovna, nənə-babalar! Hər şey nostalji, hər şey uşaqlıq."

"Biz niyə beləyik, öz oxuyanımızı, ifaçımızı dəstəkləmirik. Sahiblənmirik😒. Keçən dəfə Erməni ifaçı qızı gördüm, 100 min izlənim amma like sayına baxıram izlənmə dən 10 dəfə azdı, ermənilər bayraqlarını bütün hər yerə yazıblar, xaricilər, özləri bütün qürur duyurlar özlərindən. Bizdə isə, birlik yoxdur. Bu dəqiqə bu bacarıqlı oğlan bu qədər az izlənirsə hamısı bir bizim günahımızdır, birdə ki bir nəfərin😐"

"Bu yorumu oxuyan kəs səni həyatda daima xoşbəxt olasan AMİN İNŞALLAH 😊"

"Belə bir mahnını ifa etmək üçün cəsarət, peşəkarlıq və uzaqgörənlik lazımdır. Klip özü də bir sənət əsəridir. Bütün heyətə uğurlar arzu edirəm. Necə də gözəl bir iş alınıb! Nuran, səni və bütün heyəti ürəkdən təbrik edirəm. Möhtəşəm alınıb. Cover etmək və köhnə mahnılara yeni nəfəs vermək həm musiqimiz üçün vacibdir, həm də bu mahnıları bizə yenidən sevdirmək baxımından çox dəyərlidir. Artıq playlistimdədir. ❤️ Əlasan, dostum."

"Bu adam çok orijinal, Azerbaycan için bir şans. Türkiye'den selamlar 🇹🇷"

"Bir anlıq qayıtdım, o illərə... Çox sağ olun, Nuran oğlum... Çox bəyəndim 💘🙏🏻💘🙏🏻💘🌟🧿"

"90 cı illərin uşaqlarıyıq. O dövrün abu havası, mavi boyanmış aynəbənd şuşəli kənd evləri, palatka toyları, maqintafon və kasetlər, Nazpəri., Məhəbbət kazımov, Xumar abu- havalı bir klip 👍"

"Ele gözəl mahni seçirsiz ve ele ifa edirsiz səvmemək olmur,aranjiman xüsusile"

"İki əsrin fateh sənətkarı Zeynəb Xanlarova 🔥🥰 Uğurlar sizə, möhtəşəm alınıb."