[Verse 1]
Səni hiss edərək yuxuya dalmışam,
Orda görmüşəm, aldanmışam.
Sənlə danışıb mən yatıb qalmışam,
Səsini duymuşam, sonra oyanmışam.

[Bridge]
Gəl məni qınama,
Bir səhv oldu daha, hər kəsin günahı var.
Çox sevirdim, ama şans verək bir daha,
Bəs bunun sabahı var?

Olmaz artıq axı,
Çəkmişik bu dağı sevginin sinəsinə.
Qəlbimin qonağı, olmuşuq qul axı
Bir ömür tələsinə.

[Chorus]
Dünyadan,
Üzərimə düşən hər şeydən,
Elə qaçaram dərdimdən,
Elə qaçaram mən səndən
Hər şeyi unudub...

Dünyadan,
Keçmişdən, gələcəkdən,
Elə qaçaram hər şeydən,
Elə qaçaram mən səndən,
Əllərini tutub mən.

[Verse 2]
Bitməyən gecədən oyaq qalmışam,
Səni düşünmüşəm, adını anmışam.
Eşqin alovundan alışıb yanmışam,
Sevgimi danmışam, sonra utanmışam.

[Bridge]
Gəl məni qınama,
Bir səhv oldu daha, hər kəsin günahı var.
Çox sevirdim, ama şans verək bir daha,
Bəs bunun sabahı var?

Olmaz artıq axı,
Çəkmişik bu dağı sevginin sinəsinə.
Qəlbimin qonağı, olmuşuq qul axı
Bir ömür tələsinə.

[Chorus]
Dünyadan,
Üzərimə düşən hər şeydən,
Elə qaçaram dərdimdən,
Elə qaçaram mən səndən
Hər şeyi unudub...

Dünyadan,
Keçmişdən, gələcəkdən,
Elə qaçaram hər şeydən,
Elə qaçaram mən səndən,
Əllərini tutub mən.

Sample comments about this video

"Bu qizin bir pis mahnısı yoxdur hər işinde ugurlar size Günay xanım ❤"

"Elə qaçaram mən səndən, Əllərini tutub mən. Burada "sənlə" olmalı idi. Çünki tələffüzü onsuz [sənnən] kimi olacaq."

"Həmişə demişəm Günay bir brenddir onun təkrarı yoxdu🎉Miro yazıbsa Günay oxuyubsa sözsüz möhtəşəm bəyənənlər mənə qatılar ki əsl sevgi nədir anlayanlar bunu ayrı qıymətləndirər.Sənə ad lazım deyil sən qəlbimizdə xalq artisti adı almısan gözəllik❤❤❤❤"

"Esgerlikde Gunayla yatib durmuwam 1 il 6 ay 😊 Brend mugennidi Seviyyeli mugennidi."

"Musiqi və aranjeman yaxşıdır. Amma sözləri sanki tutarlı, o Mironun digər mahnıları kimi ürəyə toxunan deyil. Amma klipi çox bəyəndim."