[Bənd 1]
Sənsiz, ey mənim sevgili mehribanım
Atəşi-fərağın da yanar bu canım
Sən gedəli əldən gedib ixtiyarım
Düşmüşəm ayaqdan, tükənib qərarım
Sən gedəli əldən gedib ixtiyarım
Düşmüşəm ayaqdan, tükənib qərarım

[Keçid]
Yağdı yağış, güldü çəmən
Sən niyə bəs gəlmədin, yar, gəlmədin?
Sən niyə bəs gəlmədin?

Sevgi bağımı sardı duman
Bircə çiçək dərmədin, yar, dərmədin
Bircə çiçək dərmədin

[Bənd 2]
Ağlayır gözlərim, boş qalıb əllərim
Bivəfa dilbərim, səndən ayrı neyləyim?
Hər gecə qəmlərin həmdəm olur mənə
Həmdəm olur mənə, həmdəmim olur mənə
Arzu bağındakı güllər solur yenə
Güllər solur yenə, güllərim solur yenə

[Nəqərat]
Qəmzələrin oxdur, yar, sitəmin çoxdur
Səndə vəfa yoxdur, rəhmə gəl, ey yar
Məndən uzaq qaldın, canımı sən aldın
Hicr oduna saldın yarı, sitəmkar

Qəmzələrin oxdur, yar, sitəmin çoxdur
Səndə vəfa yoxdur, rəhmə gəl, ey yar
Səndən uzaq qaldım, canımı sən aldım
Hicr oduna saldın yarı, sitəmkar

Sample comments about this video

"Bəziləri müvəqqəti trend ola bilər ama Gülyanaq Məmmədova Ömürlük brenddi !"

"Zevkle dinlerken aynı zamanda görsel (klip) de çok güzel ve iç açıcı"

"Həm Azərbaycanın, həm də Özbəkistanın Xalq artisti Gülyanaq xanım xalqın böyük sevgisini qazanmış, dəyərli sənətkarlarımızdandır. O, yüksək sənəti, təvazökarlığı, səmimiyyəti və nəcib insanlığı ilə hər zaman seçilib. Əsl Azərbaycan xanımına xas davranışı və zəngin yaradıcılığı ilə sənətimizə böyük töhfələr verib. Belə sənətkarlarımızla qürur duyur, Gülyanaq xanıma möhkəm can sağlığı, uzun ömür və yeni-yeni uğurlar arzulayıram. Mənim əziz bacım Rebbim sizi qorusun 🤲♥️🥰 Hörmətlə bəstəkar Sevinc Tofiqqizi 🎼🇦🇿"

"Bu mahnının əsl ruhu və gözəlliyi məhz Xalq artisti Gülyanaq xanımın ifasında yaşayır. Mahnını oxumaq olar, amma onu bu qədər duyğuyla yaşatmaq hər sənətkara nəsib olmur. Orijinal ifa həmişə öz dəyərini qoruyur və dinləyicinin qəlbində qalır."

"Gülyanaq xanım əsl sənətkar və çox səmimi xanımdır. Mansur bəylə həm mahnı , həm klip super alınıb."

"İlk dəfə bu qədər gözəl duet, gözəl şərhlər oxudum. Həqiqətən də möhtəşəm alınıb. Cənublu qardaşımıza da eşq olsun👍"

"Mahnı çıxan neçe aydı,1 ay olarki trenddi,indi niye klip cekdirdizki , diğerleri çekennen sonra , gerek ilk işıq üzü girende cekdirerdiz, ❤"

"Merhabalar Muhteşem!!! Sesiniİn ahengi bir birinizi çok güzel tamamlayıp Klipin çekildiği yerler yürek açan , çekilişi super! Uğurlarınız bol olsun! Devamını bekleriz"

"Gülyanaq xanıma o qədər reqbətim var çox bir mükməl bir xanım"

"Möhtəsəm bir ifa bir əsər səslənmə oxunus cox....... gözəl mahnının möhürü vurulub brend trend budur müsiqi insanı cox uzaqlara......aparır təsəkkürlər sizə"