[Bənd 1]
Gün elə keçdi, o gün oldu bir həftə
Mən bu tərəfdə, amma sən o tərəfdə
Aylı, buludlu gecələrdə darıxdım
Titrədi qəlbim, soyuq oldu, darıxdım
Hər gecə bumbuz küçələrdə darıxdım
[Nəqərat]
Dur, ürəyim, dur, dəli olma, heyifsən
Sən bu qədər saf, bu qədərmi zəifsən?
Sadəcə səbir et, nə olar ki, zərifsən
Vur, ürəyim, vur, axı sən tək deyilsən
Dur, ürəyim, dur, dəli olma, heyifsən
Sən bu qədər saf, bu qədərmi zəifsən?
Sadəcə səbir et, nə olar ki, zərifsən
Vur, ürəyim, vur, axı sən tək deyilsən
[Bənd 2]
Sən məni məndən elə aldın, apardın
Qəlbinə baxsan, məni, bəlkə, tapardın
Bir gecə dərin yuxulardan oyandım
Tək səni səssizcə düşündüm, dayandım
Bəlkə də, gerçəkdir, ürəkdən inandım
[Nəqərat]
Dur, ürəyim, dur, dəli olma, heyifsən
Sən bu qədər saf, bu qədərmi zəifsən?
Sadəcə səbir et, nə olar ki, zərifsən
Vur, ürəyim, vur, axı sən tək deyilsən
Dur, ürəyim, dur, dəli olma, heyifsən
Sadəcə səbir et, nə olar ki, zərifsən
Vur, ürəyim, vur, axı sən tək deyilsən
Dur, ürəyim, dur, dəli olma, heyifsən
Sən bu qədər saf, bu qədərmi zəifsən?
Sadəcə səbir et, nə olar ki, zərifsən
Vur, ürəyim, vur, axı sən tək deyilsən
Sample comments about this video
"Gülay Xaanım yenə də çooox Gözəl Bir İfa təqdim etmsiniz Partlayacaq bu ifanız🥰🥰🥰❤️❤️❤️❤️Uğuurlar❤"
"👍👏🙏çok güzel şarkı beste emeği geçenlere 👏çok likeler Camal Qurbanov çok yetenekli bir müzisyen"
"CAMAL BƏYİN BƏSTƏSİ VƏ GÜLAY XANIMIM SƏSİ BİR BİRİNİ ÇOX GÖZƏL TAMAMLAYIR❤"
"Salam Xeyirli olsun uğurlar arzulayıram hərkəs öz işini görsə başqalarına qarışmasa ortaya gözəl işlər çıxır"
"Nəə gözəl mahnıdır maşallah 🧿😍 Camal Qurbanov'un bəstəsi , öz sözün deyir 🎉❤"
"Yazılan musiqilər günü gündən cılızlaşır.Gülay x.zövqlü sevilib seçilən mügənnilərdəndor.Amma Gülay x.siz bu mahnını özünüzə necə rəva gördünüz?Bu mahnını necə bəyənib ifa etmək olar?"
"Xeyirli ugurlu olsun ULDUZUM⭐ Her zaman ki,kimi MÖHTESHEM👏🏻👏🏻👏🏻 ALLAH EZIYYETINI YERDE QOYMASIN GÜLÜM❤️"







Yorumlar
Yorum yazabilmek için giriş yapmalısınız.
Bilgi: Butona tıkladığınızda xloji güvenli giriş sayfasına yonlendirileceksiniz. Giriş yaptığınızda otomatik olarak bu sayfaya geri döneceksiniz. İlk giriste hoş geldin enerjisi tanımlanır.
Yorumlar yükleniyor...