Soruşsalar kiməm mən haralıyam,
Bu eldənəm , bu dağların oğluyam.
Ellər mənim,dağlar mənim oylağım,
Həm aranlı həm də qarabağlıyam.

Vurğunuyam təbiətin çöllərin,
Vurğunuyam meşələrin göllərin,
Seyrinə gəl bizim gözəl ellərin,
Öz eşqimlə Vətənimə bağlıyam.

Axtar məni,dağların zirvəsində,
Axtar məni,çinarın kölgəsində,
Axtar məni saf suların səsində,
Öz eşqimlə Vətənimə bağlıyam.

Soruş məni dağda əsən yellərdən,
Coşub daşan dəli dəli sellərdən,
Soruş məni çiçəklərdən güllərdən,
Öz eşqimlə Vətənimə bağlıyam.

Sample comments about this video

"Bəh Mən Hem Aranlı Həm Qarabaglıyam Fexr Edirem Allah Şəhidlərimizə Rehmət Etsin"

"Əsgər yolu gözləyən Analar Allah övladlarınızı qorusun🙏🇦🇿 Əsgərlərimizi Ordumuzu Allah qorusun🙏🇦🇿"

""Sazın və səsinizin ahəngi əladır. Belə gözəl ifaları davam etdirin." 👏👏"

"Qardaş sənə dəstək olmaq üçün hər yerdən sənə abunə olmuşam Çox gözəl səsin var Allah canını sağ eləsin"

"Tik-Tok dan gelenler beyensin saymizi bilek bu arada uğurların daim bol olsun çox gozel bir mahnıdır 👌👌"

"Səsin həmişə ucalardan gəlsin Əziz qardaşım 🙏🏻 MaşAllahh yenə nömrə 1 sənsən 😍💕👍👍👍"

"İlahi necə gözəldi həm mahnı həmdə səs, Allah sağlam ömür versin"

"Kiyevden salam xeyirli olsun yerlim insallah gelib toy edecem sen basdasan arzumdu toyumu sen aparasan qardas var ol dinlemeye gelende menide cagirin beh beh 🇦🇿♥️🇺🇦"

"O qeder bos boş adamlara xalq artisdi adi verirlerki vallah bu cur seslere görəndə adam heyifslenir, masallah halal olsun qardaş"

"Dünəndən gozliyirem indi gördüm yüklənib Allah sizə can sağlığı versin 200 dəfə qulağ asmişam 1 dəqiqə olan versiyasına sümüyə ordanda iliyə işliyir😅👍🏻👍🏻👍🏻"