Hər zaman danış mənimlə özün kimi,
Qoru məni bəbəyin kimi gözün kimi.
Hər an mənimlə davran əzizin kimi,
Yad olmayım, özümü kənarda sanmayım.
Həyatın ən gözəl anını yaşat mənə.

Ürəyin istəyirsə, uzaq dayanmayım,
Həyatın ən gözəl anını yaşat mənə.
Sən məni çağıranda gəlim, yubanmıyım,
Həyatın ən gözəl anını yaşat mənə.

Hər addımından mənim xəbərim olsun,
Sənin yanında hər an dəyərim olsun.
Səninlə açılan xoş səhərim olsun,
Bu xoş röyadan heç zaman oyanmayım.
Həyatın ən gözəl anını yaşat mənə.

Ürəyin istəyirsə, uzaq dayanmayım,
Həyatın ən gözəl anını yaşat mənə.
Sən məni çağıranda gəlim, yubanmıyım,
Həyatın ən gözəl anını yaşat mənə.

Gülünə yaxşı bax ki, həyatda solmayım,
Baş götürüb, haradasa tənha qalmayım.
Elə et ki, sevməyə məyus olmayım,
Peşman olmayım, eşq odunda yanmayım.
Həyatın ən gözəl anını yaşat mənə.

Sample comments about this video

"Şanslı şərh bu şərhi oxuyan insan bütün Arzularına çatasan AMİNNNN ALLAHIM ❤🎉"

"Çox qəşəng mahnıdır Aysunum özün kimi gözəldi mahnıda gözəllik❤yaxşkı varsan askam❤"

"Mahnı var ki demədən belə bəstəkarını tanıdar🫶 , Üzeyir ürəyinə sağlıq olsun ❣️❣️"

"Bu yorumu oxuyan kəs səni həyatda daima Xoşbəxt olasan AMİN İNŞALLAH 😊"