Buda qismətdi deyək buda bir cür olacaq
Soyuyub birdəfəlik daha yanmır bu ocaq
Lap biz ayrılsaqda lap ayrı düşsəkdə
Gəzdiyimiz hər küçələr məni xatırladacaq

Sənin ürəyin məndədirsə yanındakına salam de
Onsuz ondan öncə olub qorxma hərşeyi tam de
Demə hələdə sevdiyini desən ayrılar gedər
Söz düşəndə ondan heç vaxt olmayacaq adam de
Ürəyin hələdə məndədirsə yanındakına salam de

Sənə bildirməliyəm ürəyimdən keçəni
Nə dəyişdim kiməsə nə unutmuşam səni
Sən harda olsanda kiminlə olsanda
Yaşadırsan hələdə bilirəm səndə məni

Sənin ürəyin məndədirsə yanındakına salam de
Onsuz ondan öncə olub qorxma hərşeyi tam de
Demə hələdə sevdiyini desən ayrılar gedər
Söz düşəndə ondan heç vaxt olmayacaq adam de
Ürəyin hələdə məndədirsə yanındakına salam de

Sample comments about this video

"Mahnının adı lap yerinə düşüb😉 Xeyirli, uğurlu olsun Asif bəy, belə davam! 👌🥰 favori mahnım oldu😌🎶👋"

"2il əvvəl məndə yaşadım bu hissi ilk sevirəm dedi özünə bağladı sonra xəyanət elədi, başqasına getdi. Gecə gündüz ağladım o qədər qarğışlar elədim nə günlərə qaldı. Gəldi dediki nə qarğış etdin mənə belə heç bir işim yolunda getmir halallığ istədi, vermədim. Allah sevirəm deib, xəyanət edən hərkəsin min bəlasın versin"

"İnanki mən özüm musiqiciyəm amma heç bir musiqi bele lezzet elememisdi"

"Xeyirli Uğurlu Olsun Bu mahnı gecə gecədən sonra İkinci trend mahnıdı Qış gələndədə Ya payız Yada Qışa yaxın damar mahnı gəlsin lirik Yoxsan artıq ilə həkim tərzi mahnı gəlsin ama bu mahnıda superdi 🎉👍"

"Xeyirli ugurlu olsun köhnə mahnıların üçün darıxmışdıq Çıx get mahnısına oxşuyur gecə gecədən 10 il sonra ikinci trend gəlir və axirki gəldi🎉"

"Asifi ilk dəfə 2014-15 tanımışam. Yutubda təxmini çıxmışdı qarşıma, Axtarış yerinə Milli qəhraman Asif Məhərrəmovla bağlı axtarış etdim, biraz aşağı enəndə, Gedesən deyirlər mahnısı çıxdı. Amma məhşurlaşmağı Gece gece mahnısıyla oldu. Sevirem sesini, bir like eder yeqin görse❤"

"Super mahnıdı inşallah gecə gecə kimi rekord izlənmə qırar ikinci trend mahnıdı 20 milyon olmalıdı ən azı"

"Nəhayət...gözümüzün kökü saralmışdı neçə gündü nəqarəti təkrar-təkrar dinləməkdən.. gecə yuxuda da bunu oxuyurdum..😅😅❤❤"

"Mahnı çox qəşəngdir Asif bəy. Əllərinizə sağlıq tam yerinə düşüb o şərəfsizə aiddir bu mahnı təşəkkürlər davam səsinizə qüvvət! Çox bəyəndim! 🙌🖤"

"Gozel ses gozel ifa çox darixmisdiq ifalariniz ucun uqurlariniz bol olsun ❤❤❤"