Həyat yavaş-yavaş öyrədir səni
Gözləmədiklərin incidir səni
Yaxın bildiklərin dəfn edir səni
Bu dünyanın nəyindən narahatsan

Hər şeyin üstündə yaman əsirsən
Tezləşdirmək üçün nəfəs kəsirsən
Ömür gedir ölüm üçün tələsirsən
Bu dünyanın nəyindən narahatsan

Vaxt gələcək olmayacaq səs səda
Səndən qabaq kimlər olub dünyada
Bəziləri indi düşməyir yada
Bu dünyanın nəyindən narahatsan

Hər şeyin üstündə yaman əsirsən
Tezləşdirmək üçün nəfəs kəsirsən
Ömür gedir ölüm üçün tələsirsən
Bu dünyanın nəyindən narahatsan