Canı könüldən, yazdım canı könüldən
Yaşadım bir anı min dəfə, qalmadı eşqin halı könüldə
Barı könüldən gülə idi gözləri yarın önümdə
Olmadı, heyif ki, oldura bilmədi, yetmədi zamanı, gülsün ürəkdən
Köksüm ürəkdən, vallah, köksüm ürəkdən
Səni səsləməkdəndir, qan tökülür yerə öskürəyimdən
Ox kimi batan bu sözləri sökürəm sonunda öz kürəyimdən
Sön diləyim sənə qovuşmaq deyil, bitirməkdir səni öz diləyinlə
Tarı könüldən, köklədi tarı könüldən
Eşqinin uğruna aşiq yardı bu dağları, vurdu kökündən
Durdu önündə bir hakim, bir də ki tonla hökmlər
Hər cəzaya razıdır aşiq sevgisi uğruna, çün qorxmur ölümdən
Canı könüldən, sevdim canı könüldən
Nə qədər sevgi versəm də, vermədi, heyif ki, barı könüldə
Mənə sarı könüldən gəlmək bu qədər çətin deyil çün
Lalı könüldən duyan olsa, bəlkə, sınardı qəlbin damı könüldə
Nöqsanı könüldə var sanı könüldə
Edib işğal qəlbimi, hərçənd qalıb ad-sanı könüldə
Namı könüldən duyulur, səs salır ani ölümlər
Ölməyəcək kimi davranır, amma ki yaşayır ölümlü bir fani könüldə
Cani könüldə, bir cani könüldə
O qədər cani ki, 40 il xətrinə qıymadı bir fincanı könüldən
Eşqinə sadiq dəfn eylədi hicranı könüldə
Bir dəfə belə olsun, rahat olmadı, susmadı heç vicdanı könüldə
Sample comments about this video
"Bu cür mahnıya indiyə 1.1 m yazılmalı idi təsuffki hələ ki 12 k gəlib uğurlar ali"
"Başarılarının devamını dilerim kardeşim, çok daha iyi yerlerde görüşmek ümidiyle 🙏"
"Ölməyəcək kimi davranır, amma ki yaşayır ölümlü bir fani könüldə❤ Super❤"
"Kitayda camaatı dəli elemisem bu mahnıyla geceden sehere əladı qədeş bunan yaxşısı 🤝"
"Sozler musiqi. ❤️🩹 Ne qeder sevgi versemde vermedi heyifki bari konulden💔. Dinleyenlere derinden dinlemeyi meslehet gorurem menasi dərindi. Əməyinize sagliq cox gozeldi."







Yorumlar
Yorum yazabilmek için giriş yapmalısınız.
Bilgi: Butona tıkladığınızda xloji güvenli giriş sayfasına yonlendirileceksiniz. Giriş yaptığınızda otomatik olarak bu sayfaya geri döneceksiniz. İlk giriste hoş geldin enerjisi tanımlanır.
Yorumlar yükleniyor...