[Bənd 1]
Sənsiz, ey mənim sevgili mehribanım,
Atəşi-fərağın da yanır bu canım.
Sən gedəni əldən gedib ixtiyarım,
Düşmüşəm ayaqdan, tükənib qərarım.
[Nəqarət]
Qəmzələrin oxdur, yar sitəmin çoxdur,
Səndə vəfа yoxdur, rəhmə gəl, ey yar!
Məndən uzaq qaldın, canımı sən aldın,
Hicr oduna saldın, yarı sitəmkar.
[Bənd 2]
Gözlərimi ağlar qoyan həsrətindir,
Könlümdə tək sənin məhəbbətindir.
Neyniyirəm o qəlbi, özgəsin sevərsə?
Ömürlük o, sənin əmanətindir.
[Nəqarət]
Qəmzələrin oxdur, yar sitəmin çoxdur,
Səndə vəfа yoxdur, rəhmə gəl, ey yar!
Məndən uzaq qaldın, canımı sən aldın,
Hicr oduna saldın, yarı sitəmkar.
Sample comments about this video
"Həqiqətən bu xanım canimizdir və uğurun özüdür. Uğurlu olsun Vəfammm sevdiyim Vəfammm 1xanim olaraq xanımı bu qədərmi sevərmiş insan səni çooox sevərək dinləyirəm"
"Vəfa ilə vasifin səsi bir birinə o qədər uyqundur ki mahni cox gozəl alinib vasif vəfa ilə dueti cox uqurludur"
"Allah Vasif müəllimə rəhmət eləsin, məkanı cənnət olsun inşallah, Vəfa xanıma uzun ömür, can sağlığı versin. ❤"
"VASİF MƏHƏRRƏMLİ VƏ VƏFA ŞƏRİFOVA MÜƏLLİFDƏN İCAZƏ ALMALI İDİLƏR ONA GÖRƏDƏ MAHNISI SİLİNİB!!!!"







Yorumlar
Yorum yazabilmek için giriş yapmalısınız.
Bilgi: Butona tıkladığınızda xloji güvenli giriş sayfasına yonlendirileceksiniz. Giriş yaptığınızda otomatik olarak bu sayfaya geri döneceksiniz. İlk giriste hoş geldin enerjisi tanımlanır.
Yorumlar yükleniyor...