Bilməzdimki bu yaşımda çağımda
Güllər açar belə könül bağımda
Dodağımda zümzüməsi sevginin
Anıların çələngi qucağımda
Ağlımda dolanırsan gündüz gecə
Məni aşlq etdin səssiz gizlicə
Düşüncələrin düsməzdi duyğumdan
Bu eşqinə düşdüm ki necə
Məni belə məndən alan olmadı
Sinəmə bu cür həyəcan dolmadı
Bir röyadı yuxudumu gördüyüm
Bu nə şirin duyğu mənadı
Sevincə səyişir hər şey təravət
Baxışların üzün gözün sür surət
Fürsət verməzdim kiməsə qəlbimi
Bacardın sən bu səndə nə məharət
Sample comments about this video
"Mükəmməl. Neçə vaxtdı belə gözəl musiqi dinləmirdim. Ai ucbatından qulağımız pas bağlamışdı qulağımızın pası açıldı👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻"
"Sevgini tapmayanlar başqa tipli sevgi mahnilarina qulaq asanda üzülür, amma sizin mahnilarinizda qeribe xoş bir ümid hissi olur👌👍"
"O qədər içdən oxuyursunuz ki bütün mahnılarınızı dinləyirəm sevə sevə. BU mahını çox sevdim, insanın duyğularını oyadır."
"Kişinin oğlu yaradır ürəkdən oxuyur yazir mahnıları eşq olsun Talib qardaşıma"
"Talıb Tale Azərbaycan estradasının ən yaxşı kişi ifaçısıdır❤ mənim fikirlərimcə❤ bütün ifalarını sevə sevə dinləyirəm zövqlə❤"
"Talıbın səsində elə avaz var ki, mahnının sözlərinə diqqət etməsən belə, səsinin avazı adamı xəyallara daldırır. Allah qorusun, var olun. Bütün işləriniz uğurlu olsun🤲🏻"
"Bu mahni deyil eserdir halal olsun Talib ureyden olan her sey gozeldir ureyin var olsun"
"Səni hörmətli edən ən gözəl əxlaqın ana sevgin Allah rəhmət etsin səni dünyaya gətirən əvəz olunmaz anaya her zaman qızın sənin yaşama sevincin olsun."
"Yenə bizi duyqulandırdı, ağlatdı yaxşı mənada Talıb bəy. Halal olsun, səsinizə heyranam❤"
"Bu cur sesi, seneti, istedadi olan , sevilen mugenniye efire qadaga qoydular. Dagil ay dunya.."







Yorumlar
Yorum yazabilmek için giriş yapmalısınız.
Bilgi: Butona tıkladığınızda xloji güvenli giriş sayfasına yonlendirileceksiniz. Giriş yaptığınızda otomatik olarak bu sayfaya geri döneceksiniz. İlk giriste hoş geldin enerjisi tanımlanır.
Yorumlar yükleniyor...