Qara gözünə heyran, nə yaxşı varsan,
Sən bir ətirli gülsən, rəngin saralmaz.
Yaradanına qurban, nə yaxşı varsan,
Sən olmasan, bizim evin marağı olmaz.
(Qızım, marağı olmaz.)

Nəqarət:
Qızım, qızım, gülümsən,
Gülümsən, çiçəyimsən.
Sən mənim mələyimsən,
Mələksən, qızım.

Qızım, qızım, həyatım,
Hər dəqiqəm, saatım.
Sən vuran ürəyimsən,
Ürəksən, qızım.

Mən arzu eləyirəm ki, çətində qalma,
Çətində qaldığın an yanındayam mən.
Sən həyatda heç nədən narahat olma,
Yanındayam hər zaman, yanındayam mən.
(Qızım, yanındayam mən.)

Nəqarət:
Qızım, qızım, gülümsən,
Gülümsən, çiçəyimsən.
Sən mənim mələyimsən,
Mələksən, qızım.

Qızım, qızım, həyatım,
Hər dəqiqəm, saatım.
Sən vuran ürəyimsən,
Ürəksən, qızım.