Bir qərib aşiqin, qəm düşdü gözünnən
Elə bil bu dünya, cəm düşdü gözünnən
Yenə damla-damla, nəm düşdü gözünnən
Səssizcə bir gecə xəlvət
Məndə var xatirən, onu saxladım mən
Qürurumu əymədim, dərd əyağladım mən
Var birgə şəklimiz, baxdım ağladım mən
Olsa da içimdən nifrət
Gecələr bənziyir, gözünün rənginə
Qulağ həsrət qalıb, telefon zənginə
Yoxluğun aşiqi, alıb öz cənginə
Bu nə taley, bu nə həsrət
Səni sənsiz anıb, düşünmüşəm hər an
Qədrimi bilmədin, aldı səndən zaman
Yolunda qalmışam, birxəbər birgüman
Səni görmək ola qismət
Gecəyə zülmətə, qəmə dustağam mən
Gəl danış dərdini, sənə ortağam mən
Payıza tuş gələn, kimsəsiz bağam mən
Bağ verdi bağbana əzyyət
Olsun ömrüm belə, bunu istəməzdim
Gedəndə diyərdin, sənə dur deməzdim
Qərarın qəfildi, bunu gözləməzdim
Edəsən eşqə xəyanət
Sənə safdı sevgim, bunu danmadım yar
Bezmədim özümdən, mən usanmadım yar
Sevdim səni sonsuz, heç utanmadım yar
Çəkirəm indi xəcalət
Hardasan kimləsən, xəbərim olmadı
Mənim səndən ayrı, kədərim olmadı
Neyləyim gözündə, dəyərim olmadı
Vermədin sevgimə qiymət
Sample comments about this video
"Geceye zülmetem qeme tustaqam men, mahnı ele bil menim heyatım üçün yazılıb😔😔😔"
"Allah Ramal gardasa rəhmət eləsin onun adina yazilan mahnının musiqisidir bu"







Yorumlar
Yorum yazabilmek için giriş yapmalısınız.
Bilgi: Butona tıkladığınızda xloji güvenli giriş sayfasına yonlendirileceksiniz. Giriş yaptığınızda otomatik olarak bu sayfaya geri döneceksiniz. İlk giriste hoş geldin enerjisi tanımlanır.
Yorumlar yükleniyor...