Bu gün qərar verdim ki, səndən gedim
Bu gün dünən deyil ki, sənlə gedim

Apar bütün xoş anları
Xatirələr boş anladım
Ürəyimə daş bağladım
Gözlərimdə yaş qalmadı

Nə sən istədiyin olmadı
Nə mən istədiyin olmadım
Səndən son istəyim budur
Birdəfəlik get

Geri gəlmə daha, gəlmə daha
Ürəyimi iki yerə bölmə daha
Sevgin ucuzdur yoxsa baha
Yox sabaha ümidim

Geri gəlmə daha, gəlmə daha
Mənim üçün ölürdün, ölmə daha
Dözdüm bu qədər zülmə nahaq
Sus, demə heç bir kəlmə daha, geri gəlmə daha

Sabah nə olacaq, özüm də bilmirəm
Nələr dəyişəcək, özüm də bilmirəm

Ya qalacam əvvəlkitək
Ya da yada qalacam tək
Ya yad olacaq bu ürək
Ya da dolacaq bu ürək

Nə sən istədiyin olmadı
Nə mən istədiyin olmadım
Səndən son istəyim budur
Birdəfəlik get

Geri gəlmə daha, gəlmə daha
Ürəyimi iki yerə bölmə daha
Sevgin ucuzdur yoxsa baha
Yox sabaha ümidim

Geri gəlmə daha, gəlmə daha
Mənim üçün ölürdün, ölmə daha
Dözdüm bu qədər zülmə nahaq
Sus, demə heç bir kəlmə daha, geri gəlmə daha

Sample comments about this video

"Birdə bu klipin süni intellektlə yox, gerçəkdə çəkildiyini təsəvvür edin. Bomba kimi bir təsir edərdi. Çünki səviyyə mahnıdı"

"Her şey möhteşemdir sadece istide kürk geyimek elaqesiz geldi ama yenede möhteşemdir🥳"

"Aygünü o qədər sevirəm ki, ona aid olan hər şey mənə doğma gəlir🤗🥰. İlqarəyə də ürəkdən uğurlar.. Bu mahnı çox seviləcək! ❤️"

"Cox mohtesem bele cixmaq lazimdi efire super super starimizin davamcidi ❤"

"Belə fərqli tərzlərə gərək var Azərbaycanda. Eyni cür mahnıları dinləməkdən yorulmuşuq day"

"Ilqare xanim bu terz ifalarla oz usdunde calișsa daha mohtesem olar musiqinin ritmi cox gozeldi ifaya gozellik qatan esas ritmdi bunan da daha ferqli ritmler ve ifalar gozduruk sizden ❤❤❤"

"Musiqi və oxumağını çox bəyəndim. Klip Aİ olsada da superdir. Zövqlüdür."

"İlqarə necə dəyişib əvvəldən kök toppuş qız kimi yadımda qalmışdı uşaqlıqdan)"

"Afərin Oktay Jaffer. Çox möhtəşəm gözəl alinib. İlqarə musiqi super. 👏👏👏👏👏❤️😘"