Subaylığın qədrini bil
Hər gününü şən yaşa
Dostlarınla gəz, dolaş
Dərd qəmə bulaşma
Evlilik asan görünər
İçində min dərdi olar
bezdirici məsuliyyət
Adamı hər gün yorar

Tez evlənmə a dostum
Başın xarab olacaq
Tez evlənmə a dostum
Gəncliyin zay olacaq
Onu etmə bunu etmə
Arzuların yanacaq
Ümidlərin yarımçıq
Xəyalın puç olacaq

Yaşa bir gəncliyini
Həyatın ləzzətin al
Dara salma ürəyini
Ömrünün izzətin al
Sevgi bir şah kimidir
Görünən taxt kimidir
Arxası qaranlığdı
Yorucu şahmat kimidir
Sevgi bir şah kimidir
Görünən taxt kimidir
Arxası qaranlığdı
Yorucu şahmat kimidir

Bir gün sevib evlənərsən
Tələsməyə nə gərək var
Hər gözələ aldanma sən
sonu bədbəxtlik olar
Azadlığın qədrini bil
Sonra geri verən olmaz
gözəl görüb etmə meyil
hər gözəllə yaşanmaz