[Giriş]
Sən de, sən de
Nəyə görə ona-buna dəyişib məni oda atmısan, de
Qoy özünü mənim yerimə, ürəyin yanarmı, özün de

[Bənd 1]
Yağa-bala batdımı əlin?
Yalvarır indi acı dilin
Tamam olmamış düz bir ilin
Mənə geri dönmüsən

[Keçid]
Unuduldum gedərkən
Yadınamı düşdüm belə erkən?
Sındırdın əlinlə qəlbimi
Gözümdən düşərkən

[Nəqərat]
Sən de, sən de
Nəyə görə ona-buna dəyişib məni oda atmısan, de
Kimə görə dönük çıxmısan, arzunamı çatmısan, indi de
Qoy özünü mənim yerimə, ürəyin yanarmı, özün de
Bundan sonra səni bağışlamaq olarmı?
Sən de, özün de, səni bağışlamaq olarmı?

[Bənd 2]
Nə zənn etmisən özünü sən
Günahkarmısan, hakimmisən?!
Bil ki, hər kimsən, verdim qərar
Mən özümə, sən özünəsən

[Keçid]
Unuduldum gedərkən
Yadınamı düşdüm belə erkən?
Sındırdın əlinlə qəlbimi
Gözümdən düşərkən

[Nəqərat]
Sən de, sən de
Nəyə görə ona-buna dəyişib məni oda atmısan, de
Kimə görə dönük çıxmısan, arzunamı çatmısan, indi de
Qoy özünü mənim yerimə, ürəyin yanarmı, özün de
Bundan sonra səni bağışlamaq olarmı?
Sən de, özün de, səni bağışlamaq olarmı?

Sən de, özün de, səni bağışlamaq olarmı?
Sən de, özün de, səni bağışlamaq olarmı?
Sən de, özün de, səni bağışlamaq olarmı?
Sən de, bundan sonra səni bağışlamaq olarmı?

Sample comments about this video

"“Elə bir dua etdim ki… 🤲🏻✨ Bunu görən və bəyənən hər kəs sevdiyinə qovuşsun.” 🖤💫"

"Herkes velizara gore geldi bes Elvin babazadeye gore gelenler nece neferik sayimizi bilek❤"