[Bənd 1]
Ürək hər kəsə salmaz meyil,
Yarı tapmasa, özünə qapanır.
Sevgini axtarmaqla deyil,
Gözlənilmədən çalır qapını.

[Nəqarət]
Qəlbimdəsən, məni gözlə, gəlirəm,
Onsuz da mən bilirəm tək səninəm.
Sevgimizi danışacaq ellər də,
Bu hekayə gəzəcək çox dillərdə.

[Bənd 2]
Bizim eşqimiz safdır sudan,
Amma hissləri sönməyə qoymaz.
Yarış deyil, yoxdur o da,
Amma qalib olmağa doymaz.

[Nəqarət]
Qəlbimdəsən, məni gözlə, gəlirəm,
Onsuz da mən bilirəm tək səninəm.
Sevgimizi danışacaq ellər də,
Bu hekayə gəzəcək çox dillərdə.

Sample comments about this video

"Son Nəfəsinizə Qədər Allah sizi xoşbəxt eləsin, Allah sizi son nəfəsinizə qədər ayırmasın amin🙏 Rasim bəy Çinarə xanımın əlindən elə sıx ki qocalana qədər"

"Bu yorumu beyenen gözəl insan , Allah seni cəmi arzularına çatdırsın , Allah üstündə yar olsun inşallah 🙏🥰"

"Səni çox sevirik çünki ən tərbiyəli bir qizsan Allah sizi xoşbəxt eləsin heç vaxt ayırmasın ❤"

"Hər müğənniyə qismət olmur Çinarə kimi bütün mahnıları sevilsin məşhurlaşsın 🥰😇😇♥️💐💐💐💐🇦🇿🇦🇿🇦🇿"

"Səsiniz də özünüz də çox gözəldi Çinarəm var olasız həmişə ❤"

"Səni çox sevirəm Çinarə xanım maşallah göz dəyməsin canım mənim uğularin bol bol olsun Allah sizi xoşbəxt bəxtəvər eləsn allah sizi bir birinizdən. Ayırmasın ❤😊❤❤"

"Canım mənim Gözəl Çinarəm bir ömür boyu xoşbəxt olun həmişə uğurlarin bol bol olsun canim menim ürəyimmm❤❤❤❤❤😊😊😊😊😊😊😊"

"Bu musiqiyə ilk dəfə qulaq asanda içimdə ölən həyat esqini oyatmışdı."

"Çinarə - təmiz və qəlbləri fəth edən o möhtəşəm səsin sahibi ❤❤ Rasim - incə notların toxunuşu ilə mahnı ərsəyə gətirən o möhtəşəm bəstəkar....Xoşbəxt sonluq"

"Ma şə ALLAH 🤲🏻 Həm gözəl xanımdır, həm də gözəl səsi var. Uğurları göz qamaşdırsın 🎉"